Heydər Əliyevin anım günü münasibətilə silsilə tədbirlər keçirilib

Heydər Əliyevin anım günü münasibətilə silsilə tədbirlər keçirilib Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabe müəssisələrində ulu öndər Heydər Əliyevin anım günü münasibətilə silsilə tədbirlər keçirilib.
Xızı rayon mədəniyyət müəssisələrinin birgə iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə ümummilli liderin həyatını, mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğini əks etdirən “Heydər Əliyev: Azərbaycan mədəniyyətinin hamisi” filmi nümayiş olunub.
Sumqayıt mədəniyyət müəssisələrində dəyirmi masa təşkil olunub, mühazirələr oxunub. Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi tərəfindən təşkil olunan seminar dərslərdə Sumqayıtın orta ümumtəhsil məktəblərinin şagirdləri fəal iştirak ediblər. Smart sinifdə təşkil olunan seminar dərslərdə Mərkəzin əməkdaşları Dahi Öndərin xilaskarlıq, quruculuq missisiyasından, Azərbaycan xalqı və dövləti naminə misilsiz xidmətlərindən, Təhsilin inkişafına, gənc nəslə qayğısından, Sumqayıta səfərlərindən və bu səfərlərin şəhərin inkişafına olan mühüm təsirləri barədə şagirdlərə məlumat verilib. Şəhərin 26 saylı orta məktəbin şagirdləri üçün keçirilən seminarda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film və Sumqayıt səfərləri barədə fotoslayd iştirakçılara təqdim edilib.
Şuşa rayon Dövlət Rəsm Qalereyasında "Heydər Əliyev Şuşada" adlı foto-sərgi keçirilib, mədəniyyət mərkəzində ədəbi-bədii kompozisiya nümayiş olunub. Bülbülcan adına Şuşa şəhər uşaq musiqi məktəbində tədbir keçirilən tədbirdə Ulu öndərə həsr olunmuş şeirlər ifa edilib, Fəxri Xiyabanda məzarı ziyarət olunub. Niyazi adına Şuşa Şəhər Uşaq İncəsənət Məktəbində keçirilən tədbiri məktəbin direktoru Mirkamil Ağamirov açaraq Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verib. Daha sonra tədbirdə məktəbin müəllimləri: Aygün Əsədova, Etibar Əliyev, Aynur Ağamirova, Arif Məmmədov, Ellada Məmmədova; valideynlər: Aygün Abdıyeva, Türkan Mehrəlizadə, Samirə Yusifova və başqaları çıxış edərək Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, incəsənətinə, musiqisinə daim qayğıyla yanaşdığını qeyd edərək, onun xatirəsinin həmişə əziz tutulacağını bildirblər. Daha sonra məktəbin şagirdləri: Emil Quliyev, Fatimə Ağazadə, Ləman İbrahimli, Aytən Yusifli, Fatimə Yusifovanın ifasında Heydər Əliyevə həsr olunmuş şerlər dinlənilib.
Qubadlı rayon uşaq musiqi məktəblərində və klub müəssisələrində keçirilən tədbirlərdə şagirdlərin və bədii-qiraət dərnəyi üzvlərinin ifasında şeirlər dinlənilib.
Zəngilan rayon mədəniyyət müəssisələrində keçirilən tədbirlərdə mühazirlər oxunub.

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin
Mətbuat xidməti


Heydər Əliyevin anım günü münasibətilə silsilə tədbirlər keçirilibHeydər Əliyevin anım günü münasibətilə silsilə tədbirlər keçirilibHeydər Əliyevin anım günü münasibətilə silsilə tədbirlər keçirilibHeydər Əliyevin anım günü münasibətilə silsilə tədbirlər keçirilibHeydər Əliyevin anım günü münasibətilə silsilə tədbirlər keçirilibHeydər Əliyevin anım günü münasibətilə silsilə tədbirlər keçirilibHeydər Əliyevin anım günü münasibətilə silsilə tədbirlər keçirilib



Oxşar xəbərlər