Dekabrın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) nəzdində fəaliyyət göstərən Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində ümummilli lider Heydər Əliyevin xatirəsini anma mərasimi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin akademiyadakı büstünü ziyarət edərək önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb. Rektor Ulu Öndərin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlərin, möhtəşəm layihələrin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirildiyini diqqətə çatdırıb.
Digər çıxış edənlər də görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, Azərbaycanın tarixindəki rolundan, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlardan söhbət açıb, Ümummilli Liderin Vətən və xalq qarşısındakı əvəzolunmaz xidmətlərini xatırladıblar. Bildirilib ki, ulu öndər Heydər Əliyev müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürüb, respublikaya rəhbərlik etdiyi illərdə ölkəmizin inkişafı naminə əlindən gələni əsirgəməyib. Ulu Öndər xalqımızın parlaq siması olmaqla yanaşı, dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyub.
Tədbirdə dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.

Hüseyn Şərifov