Məleykə Abbaszadə: Dövlət qulluğuna qəbul imtahanlarının hər ay keçirilməsi nəzərdə tutulur

Məleykə Abbaszadə: Dövlət qulluğuna qəbul imtahanlarının hər ay keçirilməsi nəzərdə tutulur Qanunvericiliyə əsasən, artıq dövlət qulluğuna qəbul imtahanlarının hər ay keçirilməsi nəzərdə tutulur.
Bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dekabrın 25-də bu qurumun saytının təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, dövlət qulluğuna qəbul imtahanlarında iştirak edənlərin sayı vakant yerlərin sayından iki dəfə çox olmalıdır. Belə olduqda rəqabət mühiti yaranar. M.Abbaszadə deyib: “Amma hazırda bu müşahidə olunmur. Bu gün ümumilikdə dövlət qulluğu üzrə DİM-ə 1461 vakant yer təqdim olunub”.

Kəmalə Rəhimli

Oxşar xəbərlər