Bakıdakı dəhşətli avtobus qəzasının - Təfərrüatı

Bakıdakı dəhşətli avtobus qəzasının - Təfərrüatı Dünən, yanvarın 6-da, Bakıda, Zığ şosesində 175 nömrəli marşrut avtobusunun dərəyə aşması nəticəsində yaralanan sərnişinlər xəstəxanadan evə buraxılıb. Hazırda 3 saylı şəhər xəstəxanasında yalnız 2 yaralı var. Bu barədə xəstəxanadan məlumat veriblər.
Yoldan keçənlər hələ də maşını saxlayaraq, qəzanın baş verdiyi ərazini gözdən keçirirlər. Hadisənin şahidləri deyirlər ki, qəza nəticəsində ölüm halının olmaması möcüzədir.
Özünü 175 saylı marşrutun başqa bir avtobusunun sürücüsü kimi təqdim edən şəxs deyib ki, qəza baş vermədən bir neçə dəqiqə əvvəl avtobusda sükanın dartma mexanizmi (“tyaqası”) sıradan çıxıb. Sürət yüksək olduğundan sürücü idarəetməni itirib, yol kənarına çırpılıb. Yol kənarını bir neçə metr dağıdaraq irəliləyib və aşıb.
Şahidlərin sözlərinə görə, avtobusda olan azyaşlı sərnişin pəncərədən yıxılıb. Daha iki sərnişin isə bir neçə mert aralıya düşüb. Sərnişinlərin bir neçəsinin ayaqqabısı, papağı hələ də hadisə yerindədir. Şahidlər söyləyirlər ki, avtobus yüksək təzyiqli qaz xəsttinə dəyərək dayanıb. Xoşbəxtlikdən qaz borusu partlamayıb.

Tehsil-press.az

Oxşar xəbərlər