Avtobus körpüdən aşdı - 24 ölü, 50 yaralı

Avtobus körpüdən aşdı - 24 ölü, 50 yaralı Pakistanda sərnişin avtobusu körpüdən aşıb. Bu barədə “Dunya News” kanalı məlumat yayıb.
İnsident Pəncab vilayətində qeydə alınıb. Talaqanq yaşayış məntəqəsi yaxınlığında baş verən qəza nəticəsində 24 nəfər həlak olub. 50-dən çox sərnişinin isə xəsarət aldığı bildirilir. Onlardan 12-sinin ağır vəziyyətdədir. Qəza zamanı avtobusda 80-nə yaxın sərnişinin olub.
“Geo” kanalının məlumatına görə, Koxatadan Reyvində gedən avtobus 45 metr hündürlükdən düşüb. Həkimlər ölənlərin sayının arta biləcəyini söyləyiblər.

Tehsil-press.az


Oxşar xəbərlər