2017-ci il dekabrın 23-də Goranboy rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində küçədə köməksiz vəziyyətdə olan bir ahıl qadını aşkar ediblər.
DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov APA-ya açıqlamasında həmin qadının üzərində şəxsiyyətini təsdiq edən heç bir sənədin olmadığını deyib.
Onun sözlərinə görə, qadın müayinədən keçirilmək üçün rayon xəstəxanasına yerləşdirilib və 3 gün xəstəxanada tibbi yardım göstərildikdən sonra “Təmiz Dünya” ictimai birliyinin Bakdakı sığınacağına təhvil verilib:
“Polis əməkdaşlarının onunla apardığı söhbət zamanı özünü Mədinə Əliyeva kimi təqdim edən qadın 1913-cü ildə Dağıstanın Xasavyurt rayonunda anadan olduğunu və milliyətcə çeçen olduğunu bildirib. Dərhal məsələ ilə bağlı araşdırmalara başlanılıb. Dağıstana və Çeçenistana müvafiq sorğular göndərilib. Rusiya hüquq-mühafizə orqanları sorğuya cavab olaraq bu təvəllüd, ad və familiyada vətəndaşlarının olmadığını bildiriblər. Qadının özü haqqında dediklərinin heç biri təsdiqini tapmayıb. Həmçinin Dövlət Sərhəd Xidməti ilə birgə araşdırma aparılıb, bu ad və familiyada şəxsin ölkəyə giriş-çıxışının olmadığı məlum olub. Qadının rabitəsiz danışığı onun səhhətində psixoloji cəhətdən ciddi problemlərin olduğu qənaətinin yaradıb”.
E. Zahidov bildirib ki, bütün bunlara baxmayaraq, həmin məsələ DİN-nin rəhbərliyinin nəzarətindədir:
“Hər gün DİN əməkdaşları sığınacaqda olan qadına baş çəkirlər. Hətta nazirliyin əməkdaşları həmin qadına ərzaq yardımı da aparıb, lakin sığınacaqda bu ərzaq yardımı qəbul edilməyib. Hazırda həmin qadının şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir”.
Tehsil-press.az