Şamaxı rayonunda törədilən müəmmalı qətlin üstü açılıb.
Tehsil-press.az xəbər verir ki, ötən gecə Şamaxı şəhərinin Azadlıq küçəsindəki 52 saylı mənzildə yaşayan 1960-cı il təvəllüdlü Bağırova Badam Abduləli qızını öldürən şəxsin kimliyi məlum olub.
Məlumata görə hadisəni bir neçə il əvvəl dünyasını dəyişən ev sahibi Hacı Bağırovun birinci arvadı ilə nikahından olan oğlu 1957-ci il təvəllüdlü Bağırov Rəhim Hacı törədib. O, qadını amansızlıqla qətlə yetirdikdən sonra onun meyitini yaşadığı evin həyətindəki köhnə su quyusuna atılıb. Meyitin gizlədilməsi üçün onun üstünə daş və torpaq, ağac atılıb. Badam Bağırova Hacı Bağırovun ikinci arvadı olub və onunla birgə nikahdan bir övladı var. Hacı Bağırov dünyasını dəyişsə də hər iki qadın öz övladları ilə birgə eyni həyətdə yaşayır. Mərhum Badam Bağırovanın övladı dünən məktəbdən evə gəldikdən sonra anasını tapmayıb. O, axşama kimi anasını axtarıb və itkin düşməsi barədə polis əməkdaşlarına məlumat verib. Ötən gün axşam saatlarında Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları itkin düşən Badam Bağırovanın meyitini yaşadığı evin həyətindəki köhnə su quyusundan, torpağın altından çıxararaq müayinə üçün Respublika Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil veriblər.
Qətli törədən Rəhim Bağırov saxlanılaraq istintaqa təhvil verilib. O, 8 il məhkumluq həyatı yaşayıb və bu yaxınlarda həbsxanadan çıxmışdı.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Tehsil-press.az