Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda aparılan mübarizənin önəmli hadisələrindən biri olan 20 Yanvar faciəsi əsla unudulmayacaq.
Bəyanatda qeyd olunur: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Bundan 28 il əvvəl bu yolda canını fəda edən şəhidlərimizi rəhmətlə anırıq. Bu kədərli gündə Azərbaycanın kədərini bölüşürük".
Səfirlik bildirir ki, Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq yanvarın 19-dan 20-nə keçən gecə Türkiyənin Bakıdakı səfirliyində, Gəncə və Naxçıvandakı Baş konsulluqlarında, eləcə də Bakıda Türk Şəhidliyində Türkiyə bayraqları yarıya qədər endiriləcək.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.
Təhsil-press.az