Məşhur Rotşildlər nəslinin nümayəndələri - Endi, Barbara, Şarlotta, Barbra, Tibor, Daqmar, Attikus Rotşildlər - Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunda olublar. Qonaqları institutun direktoru, akademik Teymur Kərimli, müavinlər- filologiya üzrə elmlər doktorları Aybəniz Əliyeva-Kəngərli, Paşa Kərimov, insitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov qarşılayıblar.
Görüş zamanı akademik T. Kərimli qonaqlara institutun tarixi, onun Əlyazmalar Fondundan instituta çevrilməsində Ümummilli lider Heydər Əliyevin göstərdiyi xidmətlər, instituta rəhbərlik etmiş şəxslər barədə ətraflı məlumat vermişdir. Daha sonra o, institutda qorunub saxlanan əlyazmalar, onların toplanma, bərpa xüsusiyyətlərindən söhbət açmışdır. T.Kərimli əlyazmaşünas alimlərin dövlət qayğısı ilə əhatə olunduğunu da qonaqların diqqətə çatdırıb.
İnstitutun direktor müavini A.Əliyeva-Kəngərli isə çıxışında institutda qorunub saxlanılan əlyazmaların uzun illər ərzində toplandığını, alimlərin bu iş üçün ağır zəhmətə qatlaşdıqlarını, əldə olunan materialların öyrənilməsi və tədqiqinin mürəkkəb proses oldu]unu vurğulayıb. O, hazırda institutda əlyazmaların elektronlaşdırıldığını və bu yolla dünyanın istənilən ölkəsində onlardan istifadənin mümkünlüyünü dilə gətirib.
Yaşadıqları ölkədə gəncləri bu sahəyə cəlb etməyin çətin olduğunu bildirən Barbara Rotşild isə Əlyazmalar İnstitutunda gördüyü mənzərədən, xüsusilə gənclərin həvəslə çalışmasından məmnunluğunu bildirib.
Qonaqlar institutun Sərgi salonunda nümayiş olunan eksponatlarla, o cümlədən Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının ibri əlifbasındakı əlyazma nüsxəsi, farsca “İncil” və “Musa qoyun otarır” adlı nadir ilüstrasiya ilə tanış olublar.
Görüşün sonunda insitutun direktoru, akademik T.Kərimli ibri əlifbasında olan bir sıra əlyazmaların elektorn variantlarını qonaqlara hədiyyə edib.
Endi Rotşild İnstitutun Xatirə kitabına öz ürək sözlərini yazıb.
BSU-nun Mətbuat xidməti