Türkiyənin ən reytinqli serialı bağlana bilər - Şikayətlər artır

Türkiyənin ən reytinqli serialı bağlana bilər - Şikayətlər artır Türkiyə Televiziya Şurası (RTÜK) məşhur “Ufak Tefek Cinayetler” serialını cərimələyib. “Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib.
Bildirilir ki, vətəndaşların şikayətindən sonra RTÜK onlara pul cəzası verib:
“Dəyərli izləyicilərimiz. Təəssüf ki, ailə dəyərlərinə uyğun olmadığını düşünən vətəndaşlar serialımızı şikayət ediblər. Onlar layihənin qəhrəmanları olan Oya və Serhanın münasibətini “Yasaq sevgi” olaraq qiymətləndiriblər. Bununla bağlı RTÜK-ə xeyli sayda şikayətlər daxil olur. Bu şikayətlər çox olarsa, serial yayından qaldırıla bilər”.
Qeyd edək ki, sözügedən serial reytinq siyahısında ilk üçlükdədir. Ekran işi 4 rəfiqənin həyatından bəhs edir.

Tehsil-press.az

Oxşar xəbərlər