Rusiya XİN Lapşin məsələsini nəzarətdə saxlayır

Rusiya XİN Lapşin məsələsini nəzarətdə saxlayır Rusiyanın Bakıdakı səfirliyi Azərbaycanda saxlanan Rusiya vətəndaşı Aleksandr Lapşinlə bağlı vəziyyəti izləməkdə davam edir.

Təhsil-press.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
O qeyd edib ki, bloqerin işi ilə bağlı istintaq müddəti iyulun 15-dək uzadılıb.
M.Zaxarova əlavə edib: “Aleksandr Lapşin tərəfindən saxlanma şəraiti ilə bağlı şikayətlər daxil olmayıb. Səfirliyin xahişi ilə A.Lapşin tibbi müayinə edilib. Biz vəziyyəti nəzarət altında saxlayırıq”.

Təhsil-press.az

Oxşar xəbərlər