“Türkiyə ordusu hər an hücum edə bilər” - Ərdoğan

“Türkiyə ordusu hər an hücum edə bilər” - Ərdoğan “Türkiyə ordusu İraq və Suriyada kürd hərbi birləşmələrinə qarşı hücum edə bilər”.

Təhsil-press.az-ın “Associated Press”ə istinadən məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Biz əməliyyatlara davam etmək məcburiyyətindəyik. Nə vaxt gələcəyimiz barədə məlumat verməyəcəyik. Lakin onlar bilməlidirlər ki, Türkiyə ordusu hər an hücum edə bilər”, - deyə Ərdoğan vurğulayıb.
Türkiyə prezidenti həmçinin qeyd edib ki, bu məsələni növbəti ay amerikalı həmkarı Donald Trampla müzakirə edəcək.

Təhsil-press.az

Oxşar xəbərlər