“Trampın məni təbrik etməyi çox xoş oldu” - Ərdoğan

“Trampın məni təbrik etməyi çox xoş oldu” - Ərdoğan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığı zamanı təcili görüşmələri barədə razılığa gəlib.

Tehsil-press.az-n xəbərinə görə, bu barədə Türkiyə dövlət başçısı “CNN” telekanalına intervyusunda bildirib.
“Biz bu görüşü yaxın gələcəkdə keçirəcəyimizə dair razılığa gəlmişik. Onun məni referendumun nəticələri ilə bağlı təbrik etməyi çox xoş oldu. Biz Türkiyə-ABŞ münasibətlərinin inkişafı prosesi, eləcə də Suriyadakı vəziyyəti müzakirə etmişik”, - deyə Ərdoğan vurğulayıb.
Qeyd edək ki, Donald Tramp aprelin 18-də Rəcəb Tayyib Ərdoğanla telefon vasitəsilə əlaqə saxlayaraq onu referendum seçkilərində əldə etdiyi qələbə münasibətilə təbrik edib.
Xatırladaq ki, aprelin 16-da Türkiyədə keçirilən referendumun nəticələrinə əsasən, 51 faiz “evet”lə konstitusiyaya təklif edilən dəyişikliklər qəbul edilib və ölkə prezident respublikasına keçid yolunda əsas addımı atıb.

Tehsil-press.az

Oxşar xəbərlər