İlham Əliyev qazlaşdırma barədə SOCAR-a göstəriş verdi

İlham Əliyev qazlaşdırma barədə SOCAR-a göstəriş verdi “Azərbaycanda hazırda qazlaşdırmanın səviyyəsi 93 faizdir və bu, ciddi nailiyyətdir”.
Bu barədə prezident İlham Əliyev regionların inkişafına dair 2014-2018-ci illər Dövlət Proqramının yekunlarına dair keçirilən konfransda yekun çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, qazlaşdırma bu ilin sonuna qədər 95 faizə çatdırılmalıdır:
“Bu, çox yüksək göstəricidir. Hesab edirəm ki, bu göstəriciyə görə də biz dünya miqyasında qabaqcıl yerlərdəyik. Relyefimizi nəzərə alsaq, bir daha görərik ki, bu, nə qədər mürəkkəb işdir. Ona görə bu gün də qazlaşdırmanın səviyyəsi - 93 faiz yaxşı göstəricidir.
Ancaq bilməliyik, hələ də bir çox kəndlər var ki, oraya qaz xətləri çəkilməyib. Dövlət büdcəsində bu məqsədlər üçün bu il Azərbaycan Dövlət Neft Şirkətinə 100 milyon manata yaxın vəsait nəzərdə tutulur. Azərbaycan Dövlət Neft Şirkəti bu işləri qısa müddət ərzində görməlidir və qazlaşdırma 95 faizə çatmalıdır. Ondan sonra, gələn il isə baxacağıq ki, ucqar dağ kəndlərinə qaz xətlərinin çəkilişi ilə bağlı hansı addımlar atılmalıdır”, - deyə İlham Əliyev vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər