Bizim valyuta ehtiyatlarımız iqtisadi imkanlarımızı, iqtisadi müstəqilliyimizi möhkəmləndirən amildir.
Tehsil-press.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib: "Baxmayaraq ki, neftin qiyməti dünyada 3-4 dəfə aşağı düşüb, əvvəlki illərdə aparılmış işlər və keçən il apardığımız dərin islahatlar nəticəsində biz bu inkişafı təmin edə bilmişik. Əlbəttə, bu gün dünyada davam edən iqtisadi və maliyyə böhranı bizim işimizə də öz mənfi təsirini göstərib. Mən hesab edirəm ki, Azərbaycan digər ölkələrlə müqayisədə bu ağır vəziyyətdən minimum itkilərlə çıxa bilib. Keçən il 100 mindən çox daimi iş yeri yaradılıb. Bu proses 2004-cü ildən bu günə qədər davam edir. Biz Dövlət Neft Fondunun valyuta ehtiyatlarını qoruya bilmişik, bu da hesab edirəm ki, çox əlamətdar hadisədir".
Prezident İlham Əliyev deyib ki, neftlə zəngin olan ölkələrin böyük əksəriyyəti öz valyuta ehtiyatlarının bir hissəsini xərcləyiblər:
"Biz isə çalışırdıq ki, valyuta ehtiyatlarını qoruyaq və buna nail olduq. Çünki bizim valyuta ehtiyatlarımız bu gün və sabah üçün lazım olacaq və bütövlükdə bizim iqtisadi imkanlarımızı, iqtisadi müstəqilliyimizi möhkəmləndirən amildir. Bizim 2016-cı ildə gördüyümüz işlərə dünyanın mötəbər beynəlxalq iqtisadi qurumları da yüksək qiymət verib. Bunların arasında dünyanın ən böyük qeyri-hökumət iqtisadi qurumu - bütün dünya liderlərini, dünyanın siyasi, iqtisadi elitasını birləşdirən Davos İqtisadi Forumu Azərbaycanla bağlı verdiyi hesabatda yenə də müsbət rəy bildirib".
Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, ölkələrin rəqabətlilik qabiliyyətinə görə Azərbaycan 3 pillə irəli gedərək 37-ci yerdə qərarlaşıb:
"Digər göstəriciyə - inkişaf edən ölkələr arasında inkişafa görə isə bu hesablama hardasa 80-ə yaxın inkişaf edən ölkələri cəmləşdirir, bu reytinqə görə Azərbaycan 1-ci, 2-ci yerləri bölüşür. Bunlar aparıcı beynəlxalq iqtisadi qurumların bizim işlərimizə verdikləri qiymətdir. Biz əlbəttə ki, öz işlərimizi reytinq almaq üçün qurmuruq, ancaq belə fikirlər ortalığa qoyulanda bu bizi daha da sevindirir, eyni zamanda bu, dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır. Ona görə bu gün Azərbaycan üçün istənilən layihə ilə bağlı kredit almaq artıq çoxdan problem deyil. Hətta bizim indiki siyasətimiz ondan ibarətdir ki, xarici kreditlərə o qədər də böyük meyl göstərmirik".
Tehsil-press.az