2016-cı ildə ümumi iqtisadi inkişaf müsbət qiymətləndirilməlidir.
Tehsil-press.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.
Dövlət başçısı sonra bildirib: "Çalışaq ki, bundan sonra daxili imkanlar hesabına biz işləri görək, çünki xarici borcun artması müsbət hal deyil. Bizdə isə bu göstərici də çox yaxşı səviyyədədir, hardasa 20 faiz səviyyəsindədir. Bu da əvvəlki illərlə müqayisədə daha böyük rəqəmdir, bunun da səbəbi manatın devalvasiyaya uğramasıdır. Ondan əvvəlki dövrlər bizim xarici borcumuz 10 faiz həddini keçməyib. Bu gün də bu məqbul səviyyədədir, amma biz çalışmalıyıq ki, bu artmasın, əksinə azalsın. Xarici borcu azaltmaq üçün biz xarici kreditləri çox böyük ehtiyatla almalıyıq. Ancaq ölkəmiz üçün strateji məna daşıyan layihələrə biz xarici borc ala bilərik. Bir sözlə, 2016-cı ildə ümumi iqtisadi inkişaf hesab edirəm ki, müsbət qiymətləndirilməlidir, xüsusilə bölgələrdə aparılan işlər də öz dinamikasını saxlamış və keçən il bölgələrdə çox böyük işlər görülüb. Regionlarn sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası bölgələrimizin simasını dəyişdirib".
Prezident İlham Əliyev əlavə edib ki, bugünki konfrans sayca 14-cüdür: "14 il biz hər il ilin əvvəlində görülən işlərə qiymət veririk, nöqsanları aşkar edirik və gələcək üçün fəaliyyət planımızı tuturuq. Bu il də bu ənənəyə sadiq olaraq bu toplantını keçiririk. Burada mərkəzi, yerli icra orqanlarının rəhbərləri, aparıcı biznes qurumlarının nümayəndələri iştirak edirlər və konfransın 1-ci hissəsindən sonra konfrans işinə davam edəcək. Əminəm ki, aparılacaq müzakirələr imkan verəcək ki, bu il də il ərzində əlavə görüləcək işlər haqqında fikir formalaşsın. Əslində, biz regional inkişaf proqramlarını tərtib edərkən bölgələrdən rəylər almışıq və üçüncü dövlət proqramı - hansı ki, bu gün müzakirə edirik, yerlərdən gələn təkliflər əsasında və ölkəmizin strateji istiqaməti nəzərə alınaraq 2014-cü ildə qəbul edilib və tərtib edilib. Proqramların məqsədi məhz ondan ibarətdir ki, bütün mövcud olan problemlər, insanları narahat edən sosial məsələlər öz həllini tapsın. Bizim proqramlarımız çox konkretdir, konkret hədəflər qoyulur, həm 1-ci, həm 2-ci proqram artıqlaması ilə və uğurla icra edilib. Əminəm ki, 3-cü proqramın taleyi də eyni olacaq".
Dövlət başçısı qeyd edib ki, Dövlət Proqramının 2014-cü ildə qəbulu tarixi hadisədir, çünki regionların inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi, atılan bu addımlar, infrastrukturla bağlı layihələr bu günki reallığı yaradıb:
"Əgər o vaxt proqramı mənim təşəbbüsümlə qəbul etməsəydik, əlbəttə ki, regionlarda bugünkü uğurları əldə edə bilməzdik. Bütün bölgələrimiz və şəhərlərimiz abadlaşıb, gözəlləşib. Əsas şəhərlərimiz - Bakı, Gəncə və Sumqayıt göz oxşayır, dünya üçün bir nümunədir. Bütün şəhərlərimizdə abadlıq, quruculuq işləri aparılıb, böyük infrastruktur layihələri icra edilib və bu imkan verir ki, bu gün Azərbaycan dinamik inkişaf etsin. Həmçinin, biznes strukturları bu imkanlardan səmərəli şəkildə istifadə etsin. Bizim proqramımızın birinci mərhələsi daha çox infrastruktur layihələri ilə bağlı idi. Bu da təbii idi. Çünki 2004-cü ildə biz enerji təhlükəsizliyimizi tam təmin edə bilməmişdik. O vaxt bizim əsas neft kəmərimiz Bakı-Tbilisi-Ceyhan inşa edilirdi, həmin dövrdə biz xaricdən elektrik enerjisi və qaz alırdıq. Bu asılılıq, əlbəttə ki, imkan vermirdi ki, biz istədiyimiz dərəcədə inkişaf edək. Yəni, bizim inkişafımızı saxlayan xarici faktorlar idi. Biz xaricdən istədiyimiz qədər enerji, qaz ala biləcəyik, yoxsa yox və hansısa qiymətə alacağıq? Ona görə birinci hədəf enerji müstəqilliyimizi təmin etmək idi. Qısa bir müddət ərzində biz buna nail olduq və 2004-cü ildən bu günə qədər ölkəmizdə 26 elektrostansiya tikilib. Bu stansiyaların ümumi istehsal gücü 2400 meqavatdır. İndi təsəvvür edin, əgər bunu etməsəydik, bu gün biz necə yaşaya bilərdik, necə inkişaf edə bilərdik? Onu da deməliyəm ki, son 13-14 il ərzində yaradılmış elektrik gücü bütün əvvəlki illərdə yaradılmış gücə təxminən bərabərdir. Bu gün bizim 35 elektrostansiyamız varsa, onlardan 16-sı proqram icra edilərkən tikilib. O vaxt Azərbaycanda qazlaşmanın səviyyəsi aşağı idi - 51 faiz. Bölgələrdə isə demək olar ki, təbii qaz yox idi. Bu gün Azərbaycanda qazlaşmanın səviyyəsi 92 faizə qalxıb. 2004-cü ildən bu günə qədər təxminən 11 min kilometr avtomobil yolu tikilib. Bu həm magistral yollara, həm də şəhərlərarası, kənd yollarına aiddir. Yol infrastrukturu insanlara rahatlıq verir, eyni zamanda iqtisadi inkişaf üçün də mühüm amildir. Yol olmayan yerdə nə investisiya, nə iş yeri, nə də inkişaf olacaq. Ona görə yol infrastrukturuna çox böyük diqqət verilib. Bununla bərabər, yol tikintisində kifayət qədər çox işçi qüvvəsi iştirak edib. Beləliklə, məşğulluğu təmin edə bilmişik və müasir yol infrastrukturu yaradılıb. Bu proses davam etdirilir. Bu il görülən işlər haqqında danışacağıq və məqsəd qoyulub ki, bütün yollarımız - magistral, şəhərlərarası, kənd yolları yüksək səviyyədə olsun".
Tehsil-press.az