Binəqədi rayonunda 2 fevral - Gənclər Günü qeyd edilib.
Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Gənclər Birliyi və 6 №li Uşaq Gənclərin İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü qeyd edilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, Binəqədi rayon Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri, Binəqədi rayonunun fəal gəncləri, 9-cu və 10-cu qrup ASAN Xidmət könüllüləri iştirak ediblər.
İlk öncə tədbirin aparıcıları 2 fevral - Gənclər Günü ilə bağlı geniş məlumat veriblər.
Çıxış edən ASAN Xidmətin İnsan Resursları və Təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev Gənclər Günü münasibətilə gəncləri təbrik edib və gənclərin kökünə, əcdadına bağlı milli-mənəvi dəyərlərinə sadiq, əyilməz, alnıaçıq, həm də tükənməz güc olduğunu söyləyib. Daha sonra natiq bu gün dövlətimizin gənclərin gücünə inandığını və bütün sahələrində həmin gücdən istifadə edildiyini deyib. Natiq çıxışında ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu günün əhəmiyyətindən danışaraq dövlət gənclər siyasətinin uğurları haqqında geniş məlumat verib.
Sonra çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov 2 fevral - Gənclər Gününün əhəmiyyətindən danışaraq, bu günün Ulu Öndərimiz tərəfindən gənclərə hədiyyə edildiyini diqqətə çatdırıb. Natiq ölkə başçısı tərəfindən dövlət gənclər siyasətinə qiymət verildiyini vurğulayıb və bu gün Azərbaycan gəncliyinin ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçildiyini və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynadığını bildirib.
Sonda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin ən parlaq nəticəsi olaraq bu gün Azərbaycan gəncliyinin, sözün əsil mənasında, tam müstəqil olduğunu və bu müstəqilliyə inandığını deyib. Prezident İlham Əliyev tərəfindən təhsilli və müasir dayaqlara söykənən Azərbaycan gəncliyinin üzərində qurulmuş siyasi tempin ölkəmizin daha da inkişaf etməsinə zəmin yaradacağını söyləyib. Natiq böyük tribunalarda, siyasi arenalarda, beynelxalq tədbirlərdə Azərbaycan gənclərinə inanıldığını və bu qarşılıqlı harmoniyanın qüdrətli, müasir, güclü Azərbaycanın inkişafında böyük əhəmiyyətinin olduğunu söyləyib. RİH başçısı gənclərə son 14 ildə ölkə başçısının rəhbərliyi altında dövlətimizin imza atdığı uğurlar barəsində də geniş məlumat verib.
Çıxışlardan sonra Binəqədi rayonunda “Master-2 layihəsi çərçivəsində təcrübə müddətini uğurla bitirən ASAN könüllülərinə sertifikatlar təqdim edilib.
Rəsmi hissə bitdikdən sonra gənclər tərəfindən bayram tortu kəsilib. Tədbir rayonun istedadlı gənclərinin və incəsənət ulduzlarının iştirak etdiyi bədii hissə ilə davam edib.
Tehsil-press.az