Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbə gənclər təşkilatının təşəbbüsü ilə 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.
Təşkilatın sədri Rəfael Şıxməmmədov ölkəmizdə fevralın 2-nin Gənclər Günü elan olunması tarixinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırladıb. Bildirilib ki, məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyulub. 1996-cı il fevralın 2-də Ümummilli Liderin dəstəyi ilə gənclərin birinci forumu keçirilib, 1997-ci ildən isə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlayıb.
R.Şıxməmmədov universitetin tələbə gənclər təşkilatının fəaliyyətinə də toxunub, ötən il qazanılan uğurlardan danışıb. Sonra təşkilatın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Əlamətdar gün münasibətilə tələbələri təbrik edən universitetin rektoru, professor Gülçöhrə Məmmədova tələbə gənclər təşkilatının işini yüksək dəyərləndirib, fəal tələbələri diplomlarla mükafatlandırıb, onlara uğurlar arzulayıb.
Prezident İlham Əliyev tərəfindən gəncliyə böyük diqqət və qayğının olduğunu vurğulayan rektor əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurla davam etdirildiyini bildirib. Qeyd edilib ki, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, özlərini cəmiyyətdə təsdiqləmələri üçün onlara geniş imkanlar açıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilmiş dövlət proqramlarının əhəmiyyətini vurğulayan rektor deyib ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində minlərlə gənc dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib.
AzMİU-nun Mətbuat Xidməti