Vəfa Şərifovanı təhqir edən qadınla bağlı qərar

Vəfa Şərifovanı təhqir edən qadınla bağlı qərar Şirvan Apellyasiya Məhkəməsində sosial şəbəkədə müğənni Vəfa Şərifovanı təhqir etdiyi üçün barəsində xüsusi ittiham qaydasında qərar çıxarılımış Arzu Məmmədovanın apellyasiya şikayətinə baxılıb.

Hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Arzu Məmmədova 2024-cü ilin noyabr ayında Tiktok platformasında "zuzu_muzisiyev" adlı hesabla Vəfa Şərifovanı təhqir edib.

Xocavənd Rayon Məhkəməsinin qərarı ilə Arzu Məmmədova Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək 480 saat ictimai işlərə cəlb olunub.

Tehsil-press.az

Oxşar xəbərlər