UNEC-in tədqiqatçı qadınlarına araşdırmalarını Avropada davam etdirmək imkanı

UNEC-in tədqiqatçı qadınlarına araşdırmalarını Avropada davam etdirmək imkanı Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq Elmdə Qadınlar Gününə həsr olunan “UNEC qadınları elm dünyasında: yeni çağırışlar və imkanlar” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Rektor, professor Ədalət Muradov UNEC-in tədqiqatyönümlü universitetə çevrilməkdə iddialı olduğunu vurğulayaraq, bu sahədə qadın alimlərin də üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. UNEC-də pedaqoji fəaliyyət göstərən xanımların çox yüksək elmi potensiala malik olduğunu qeyd edən rektor gələcək iqtisadçıların yetişməsində onların əvəzsiz rol oynadığına diqqət çəkib. Ə.Muradov xanımların elmi potensialını stimullaşdırmaq məqsədilə müəllimlərin reytinq sisteminin elmi tədqiqat bölümündə qalib olan qadınlar üçün pul mükafatı təsis ediləcəyini bildirib. Eyni zamanda, öz elmi tədqiqatı ilə fərqlənən qadın müəllimin 3 ay müddətinə tədqiqatını Avropanın ən nüfuzlu universitetində davam etdirəcəyini vurğulayıb.
Konfransda elmi və ictimai fəaliyyətində uğur qazanan qadın spikerlərin iştirakı ilə elmdə gender disbalansının səbəb və nəticələri, qadınları elmə cəlbetmənin optimal yolları müzakirə edilib. Millət vəkili, Gəncə Dövlət Universitetinin prorektoru, dosent Pərvin Kərimzadə Azərbaycan qadının bütün dövrlərdə elmin inkişafına böyük töhfələr verdiyinə diqqət çəkərək, adlarını tarixə yazan qadınları nümunə çəkib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ictimai humanitar fəaliyyətindən bəhs edən millət vəkili, onun Azərbaycan elm və təhsilinə göstərdiyi qayğıdan danışıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova doğulub böya-başa çatdığı ailə modelini nümunə göstərərək, akademik Zərifə Əliyeva ilə akademik Rəfiqə Əliyevanın keçdiyi həyat yolundan söz açıb. O, Azərbaycan elmində önəmli iz buraxan hər iki qadın alimin elmi karyeralarında əldə etdikləri nailiyyətlərlə yanaşı, gözəl ana kimi cəmiyyət üçün savadlı və bacarıqlı övladlar böyütdüklərini deyib.
Müasir dövrdə Azərbaycan qadınının cəmiyyətdə oynadığı rolunun günü-gündən artdığını bildirən Hesablama Palatasının auditoru Mehriban Əlişanova zərif cinsin nümayəndələrinin dövlət idarəçiliyində, təhsil, elm və digər mühüm sahələrdə uğurla təmsil olunduğunu qeyd edib. Səbail rayon icra hakimiyyəti başçısının birinci müavini, “Ziyalı Qadınlar Klubu”nun sədri, UNEC-in dosenti Xalidə Bayramova ölkədə gendər bərabərliyinin tam təmin edildiyini qeyd edib. Bildirib ki, Azərbaycan qadını hər zaman olduğu kimi, bu gün də dövlətin dəstəyini hiss edir və özünün fəallığı ilə cəmiyyətdə bərabərhüquqlu mövqeyə nail olmağı bacarır.
UNEC-in Tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova regionun ən böyük iqtisadyönümlü universiteti olan UNEC-də akademik heyətin böyük əksəriyyətinin qadın olduğunu bildirib. Təhsilin magistratura pilləsini elmi tədqiqatın ilk mərhələsi adlandıran prorektor UNEC-in 3084 magistrinin 1346-sı, 155 doktorant və dissertantın isə 64-ünün zərif cinsin nümayəndəsi olduğunu diqqətə çatdırıb. Son 3 il ərzində UNEC-i ən yüksək nəticə ilə başa vuran məzunların adları qeyd edilən xüsusi lövhəyə diqqət çəkən S.Qəndilova burada yalnız xanımların adına rast gəlindiyini bildirib.
“Gender bərabərliyi təmin edilməyən ölkə və cəmiyyətlər uğursuzluğa düçardır” deyən İstanbul Universitetinin prorektoru, professor Sedat Murat türk qadınının bütün dövrlərdə cəmiyyətin aparıcı qüvvəsi olduğunu bildirib. Türkiyəli professor Azərbaycanda qadınların elm, təhsil və ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.
Konfransın moderatoru UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov Azərbaycan qadınını ictimai həyatın bütün sahələrində, təhsil, elm, iqtisadiyyat, səhiyyə, mədəniyyət və vətəndaş cəmiyyəti quruculuğunda cəmiyyətimizin aparıcı qüvvəsi adlandırıb.
Dünyada və Azərbaycanda qadınların elmdə iştirak səviyyəsini müqayisə edən spikerlər qadınların elmi karyera inkişafına mane olan amilləri araşdırıb, onların aradan qaldırılması məqsədilə təkliflər səsləndiriblər.

UNEC-in Marketinq və Kommunikasiya Departamenti,
İctimaiyyətlə Əlaqələr Şöbəsi


UNEC-in tədqiqatçı qadınlarına araşdırmalarını Avropada davam etdirmək imkanıUNEC-in tədqiqatçı qadınlarına araşdırmalarını Avropada davam etdirmək imkanıUNEC-in tədqiqatçı qadınlarına araşdırmalarını Avropada davam etdirmək imkanıUNEC-in tədqiqatçı qadınlarına araşdırmalarını Avropada davam etdirmək imkanıUNEC-in tədqiqatçı qadınlarına araşdırmalarını Avropada davam etdirmək imkanıUNEC-in tədqiqatçı qadınlarına araşdırmalarını Avropada davam etdirmək imkanıUNEC-in tədqiqatçı qadınlarına araşdırmalarını Avropada davam etdirmək imkanıUNEC-in tədqiqatçı qadınlarına araşdırmalarını Avropada davam etdirmək imkanıUNEC-in tədqiqatçı qadınlarına araşdırmalarını Avropada davam etdirmək imkanıUNEC-in tədqiqatçı qadınlarına araşdırmalarını Avropada davam etdirmək imkanıUNEC-in tədqiqatçı qadınlarına araşdırmalarını Avropada davam etdirmək imkanıUNEC-in tədqiqatçı qadınlarına araşdırmalarını Avropada davam etdirmək imkanıUNEC-in tədqiqatçı qadınlarına araşdırmalarını Avropada davam etdirmək imkanıUNEC-in tədqiqatçı qadınlarına araşdırmalarını Avropada davam etdirmək imkanıUNEC-in tədqiqatçı qadınlarına araşdırmalarını Avropada davam etdirmək imkanıUNEC-in tədqiqatçı qadınlarına araşdırmalarını Avropada davam etdirmək imkanıUNEC-in tədqiqatçı qadınlarına araşdırmalarını Avropada davam etdirmək imkanıUNEC-in tədqiqatçı qadınlarına araşdırmalarını Avropada davam etdirmək imkanıUNEC-in tədqiqatçı qadınlarına araşdırmalarını Avropada davam etdirmək imkanı

Oxşar xəbərlər