UNEC-də elmi konfrans: “Azərbaycan iqtisadiyyatı müasir şəraitdə: reallıqlar və gözləntilər”

UNEC-də elmi konfrans: “Azərbaycan iqtisadiyyatı müasir şəraitdə: reallıqlar və gözləntilər” Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan “Azərbaycan iqtisadiyyatı müasir şəraitdə: reallıqlar və gözləntilər” mövzusunda III tələbə elmi konfransı keçirilib.
Konfransda Azərbaycanın və Rusiyanın nüfuzlu ali təhsil müəssisələrinin, eləcə də elmi mərkəzlərin nümayəndələri, magistr və tələbələr iştirak ediblər.
UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, professor Damət Bağırov cəmiyyətin inkişafında elm və təhsilin mühüm rol oynadığını vurğulayıb, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. Gənclərin elmi tədqiqatlara marağının artırılmasına ölkəmizdə xüsusi önəm verildiyini bildirən D.Bağırov bu istiqamətdə ali təhsil müəssisələri qarşısında duran vəzifələrə diqqət çəkib. O, UNEC-də həyata keçirilən layihələr, aparılan tədqiqatlar, gənclərin elmi fəaliyyətə cəlb olunması istiqamətində görülən işlərdən bəhs edib.
UNEC-in Rus İqtisad Məktəbinin dekan müavini Anar Eyyubov və iqtisadiyyat kafedrasının müdiri, professor Müslüm İbrahimov tələbələrdə elmi-tədqiqat işlərinə marağın yüksəldilməsində, onların bilik və bacarıqlarının formalaşdırılmasında konfransın əhəmiyyətini vurğulayıblar.
Konfrans öz işini plenar və bölmə iclaslarında davam etdirib. “Qloballaşma şəraitində milli iqtisadiyyatın inkişafının müasir vəziyyəti və tendensiyaları”, “Dünya iqtisadiyyatının yeni çağırışları kontekstində Azərbaycanın maliyyə sistemi”, “Milli iqtisadiyyatın transformasiyası kontekstində idarəetmənin innovativ texnologiyaları”, “Azərbaycan dünya və regional güclərin geosiyasi maraqlarının kəsişməsi kontekstində” mövzularında Rusiya və Azərbaycanın aparıcı universitetlərinin tələbə və magistrlərinin 187 elmi məruzəsi dinlənilib.

UNEC-in Mətbuat Xidməti


UNEC-də elmi konfrans: “Azərbaycan iqtisadiyyatı müasir şəraitdə: reallıqlar və gözləntilər”

Oxşar xəbərlər