Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Sankt-Peterburqda keçirilən V Beynəlxalq Avrasiya İqtisadi Forumu çərçivəsində “Müasir iqtisadiyyatın problemləri” Avrasiya beynəlxalq elmi-analitik jurnalının baş redaktoru Nail Qazizullin ilə görüşüb.
Baş redaktor UNEC brendinin beynəlxalq aləmdə qısa zamanda tanındığını qeyd edib, bu təcrübəni dünyanın elm və təhsil ictimaiyyəti ilə paylaşmağın zəruriliyini vurğulayıb. O, “Müasir iqtisadiyyatın problemləri” jurnalının xüsusi buraxılışının UNEC-ə həsr ediləcəyini bildirib.
Görüşdə UNEC-in elmi -tədqiqat universitetinə çevrilməsi istiqamətində tətbiq edilən yeniliklər xüsusi vurğulanıb.
UNEC-in Mətbuat Xidməti