Vergilər Nazirliyi Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlayır

Vergilər Nazirliyi Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlayır Vergilər Nazirliyi ölkənin Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlayır.
Bunu "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda vergilər naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, dəyişikliklər paketi vergi idarəetməsində sahibkarların üzləşdiyi əsas problemlərin həll olunmasına imkan yaradacaq.
Onun sözlərinə görə, dəyişikliklər gələnilki dövlət büdcəsinin formalaşdırılması prosesində müzakirələr üçün təqdim olunacaq: “Əsas diqqət leqal iqtisadiyyata keçidin təmin olunmasına yönəldiləcək. Bu prosesi elə həyata keçirməyi düşünürük ki, bu transformasiya sahibkarlar üçün həm əlverişli olsun, həm də iqtisadi məna kəsb etsin. Bu dəyişikliklərin hazırlanması üçün biz həm sahibkarlarla, həm də hökumət və parlamentlə sıx əməkdaşlıq etməyi planlaşdırırıq”.

Tehsil-press.az

Oxşar xəbərlər