Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş şahmat turniri başa çatdı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş şahmat turniri başa çatdı May ayının 7-də xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş vergi xidməti əməkdaşları arasında ənənəvi şahmat turnirinə yekun vurulub.

Aprel ayının 23-də start verilmiş yarışlar Olimpiya sistemi üzrə keçirilib. Vergilər Nazirliyi Aparatının rəhbəri Əli Həsənov yarışın maraqlı rəqabət şəraitində keçdiyini bildirib, qaliblərə diplomlar təqdim edib.
Turnirin qalibi Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamentinin əməkdaşı Ayaz Məmmədov olub. Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin əməkdaşı Fərid İsayev 2-ci yeri, Bakı Vergilər Departamentinin əməkdaşı Turabi Əliyev isə 3-cü yeri tutub.

Tehsil-press.az

Oxşar xəbərlər