Koreya liderləri haqda şok həqiqət ÜZƏ ÇIXDI - FOTOFAKT

Koreya liderləri haqda şok həqiqət ÜZƏ ÇIXDI - FOTOFAKT Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In və onun atası Kim Çen İrin pasportlarının fotosurətlərini dərc edib.
Pasportlar Braziliyaya aiddir.
Agentliyin Braziliyadakı həmsöhbətləri sənədlərin orijinal olduğunu bildirıblər. Onların sözlərinə görə, bu pasportlar iki Avropa dövlətinə vizaların verilməsi üçün istifadə olunurdu. Koreya liderləri həmçinin pasportlardan Braziliya, Yaponiya və Honkonqa səyahətlər üçün istifadə edə bilərdilər.
Pasportlar Braziliyanın Çexiyadakı səfirliyində 1996-cı ildə verilib. Kim Çen Ina “Cozef Pvaqa” adını veriblər. Sənədə əsasən, o, 1 fevral 1983-cü ildə doğulub.
Kim Çen İrə isə “İdjon Çoya” adı verilib. Onun doğum tarixi 4 aprel 1940-cı il göstərilib (O, əslində 1941-ci ildə doğulub - “Röyters”). Hər iki pasportda “doğum yer” hissəsində Braziliyanın San-Paulo şəhəri yazılıb.
Agentlik xatırladır ki, 2011-ci ildə Yaponiyanın “Yomiuri Shimbun” qəzeti Kim Çen Inın uşaqlıqda Braziliya pasportu ilə Tokioya getdiyini yazmışdı.

Koreya liderləri haqda şok həqiqət ÜZƏ ÇIXDI - FOTOFAKT

Tehsil-press.az

Oxşar xəbərlər