29 aprel 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin Koreya mərkəzinin təşkilatçılığı ilə “Koreya Mədəniyyəti günü” adlı sərgi nümayiş olundu. Sərgidə tələbələr Koreya Respublikasının mədəniyyətini, tarixini, musiqi və incəsənətini əks etdirən stend, Koreya dilini öyrənmək və daha da təkmilləşdirmək istəyənlər üçün Azərbaycan, rus, ingilis və Koreya dillərində dərc olunmuş dərsliklər, lüğətlər, müxtəlif jurnallar, CD və DVD diskləri, bundan əlavə Koreya ilə bağlı suvenirlər, milli musiqi alətləri və milli geyimləri ilə yaxından tanış olma imkanı əldə etdilər. Sərginin nümayişində universitetin Tərcümə fakültəsinin Koreya-Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələri fəal iştirak etdilər.
Qeyd edək ki, Koreya mərkəzi Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində 1994-cü ildən etibarən fəaliyyət göstərir. Koreyanı Azərbaycanda tanıtmaq və Koreya dilinin tədrisinə töhfə verməyi qarşısına məqsəd qoyan mərkəz Koreya günləri, mahnı festivalı, elmi konfrans kimi bir sıra tədbirlər həyata keçirir.
tehsil-press.az