Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.
İclasda magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri və müsabiqə şərtləri, ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarının birinci mərhələsi, gələn il Azərbaycanda Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) illik konfransının təşkili məsələləri müzakirə olunub. Həmçinin iclasın gündəliyində son iki ayda dövlət qulluğu sahəsində görülmüş işlər, “Dövlət qulluğu haqqında Qanun”da dəyişikliklər edilməsinə dair DİM-in təklifləri, mərkəzin maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun auditinin həyata keçirilməsi və digər məsələlər yer alıb.
Tədbirdə magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri barədə məlumat verən DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə diqqətə çatdırıb ki, bu il imtahanda iştirak üçün 12 min 387 bakalavr qeydiyyatdan keçib. Ötən ilə isə 13 min 81 bakalavr magistraturaya qəbul olunmaq üçün ərizə verib.
Sonra müsabiqə şərtləri müzakirə olunub və bakalavrların çoxlu sayda müraciətləri, eləcə də gələcəkdə müəyyən ixtisaslaşmalar üzrə müsabiqə vəziyyətinin yaranmasının təmini nəzərə alınmaqla ümumi müsabiqə şərtini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrların imtahanın ikinci mərhələsinə buraxılması barədə qərar qəbul edilib.
Vurğulanıb ki, imtahanda 359 bakalavr 40-65 bal toplayaraq birinci mərhələ üzrə müsabiqə şərtini ödəyib. Lakin onlar hər hansı imtahan fənni üzrə tələb olunan minimal balı toplaya bilməyiblər. Onlardan 200-dək bakalavr DİM-ə müraciət edərək imtahanın ikinci mərhələsinə buraxılmasını istəyib. Bu bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılsalar da, ixtisas seçimi zamanı onlara yalnız ödənişli ixtisasları seçmək imkanı veriləcək.
M.Abbaszadə ümumi orta təhsil bazasında buraxılış imtahanlarının birinci mərhələsinə dair iş planını da iclas iştirakçılarının diqqətinə çatdırıb.
İclasda, həmçinin dövlət qulluğu ilə əlaqədar görülmüş işlər barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, indiyədək ümumilikdə 1.488, o cümlədən inzibati vəzifələrin A növü üzrə 33, B növü üzrə 1455 namizəd dövlət qulluğuna qəbul imtahanlarına qatılaraq sertifikat əldə edib. Son iki ayda dövlət orqanlarından daxil olmuş 2.026 vakansiya üçün müsabiqə üzrə dörd müsahibə elanı verilib.
Yanvarın 11-də 77 dövlət orqanında mövcud 1.126 vakant vəzifə üzrə müsabiqənin müsahibə elanı üzrə qeydiyyatdan keçmiş 1.450 namizədlə müsahibə mərhələsi davam edir. Müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə regional bölmələri, Mingəçevir, Quba regional “ASAN” xidmət mərkəzi daxil olmaqla, 18 müxtəlif yerdə təşkil edilir. Yanvarın 11-də elan edilmiş, dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə indiyədək 459 müsahibə keçirilib. Müsahibələrə qatılmış 175 namizəd iddia etdiyi vəzifəyə uyğun hesab olunub. 284 namizəd isə vəzifəyə uyğun hesab edilməyib. Qeydiyyatdan keçmiş namizədlərdən 247-si müsahibələrə qatılmaqdan imtina edib. 231 namizəd isə müsahibələrdə iştirak etməyib. Beş nəfərin nəticəsi isə etibarsız qeydə alınıb.
Sədr deyib: “Müsahibə mərhələsində əsas problem ondan ibarətdir ki, namizədlərin vəzifələr üzrə bir neçə müsahibənin qeydiyyatından keçməsi üçün məhdudiyyət nəzərdə tutulmayıb. Nəticədə bəzi namizədlər bu haldan sui-istifadə edərək 20 və daha çox vəzifə üzrə qeydiyyatdan keçiblər. Ümumilikdə isə orta hesabla bir nəfər üç müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçib. Müsahibələrin təşkili üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə regionlarda da keçirilir. Bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar. Əgər qanunvericilikdə müvafiq dəyişiklik həyata keçirilməsə DİM ciddi təşkilati və maddi çətinliklərlə qarşılaşacaq”.
İclasda qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün təkliflərin hazırlanması və müvafiq orqanlara göndərilməsi zəruri hesab olunub.
Sədr bildirib ki, DİM-in büdcəsinin auditini Beynəlxalq Audit Standartlarına uyğun aparmaq məqsədilə audit xidmətinin satın alınması üçün tender komissiyası yaradılıb, müvafiq prosedurlar həyata keçirilib, bir neçə audit şirkəti tərəfindən təkliflər daxil olub. Nəticədə “Baker Tilly Audit Azerbaijan” MMC qalib gəlib.

Hikmət Əliyev