Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.
İclasda, ilk növbədə, 2017/2018-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələri haqqında Prezident İlham Əliyevə təqdim olunacaq illik hesabat barədə məlumat verilib. Mərkəzin dövlət qulluğu sahəsində fəaliyyətinə dair hesabatının da hazırlanacağı və dövlət başçısına təqdim olunacağı qeyd edilib.
Mərkəzin dövlət qulluğu sahəsində fəaliyyəti barədə danışan DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, bu ilin noyabr və dekabr aylarında inzibati rəhbər və inzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ilk test imtahanları keçirilib. Bu imtahanlarda 3 mindən artıq namizəd iştirak edib. Onlardan ümumilikdə 1004 namizəd sertifikat əldə etmək hüququ qazanıb. İnzibati vəzifələrin A və B növləri üzrə müsabiqənin müsahibə mərhələsinə dövlət orqanları tərəfindən 1461 vakant vəzifə təqdim olunub. Daha əvvəl keçirilən müsabiqələrdən keçmiş, lakin vakant vəzifəyə təyin edilməmiş 313 namizəd isə ehtiyat kadrlar siyahısına daxil edilib. Ehtiyat kadrların dövlət orqanlarında analoji vəzifəyə təyin olunması ilə bağlı mütəmadi iş aparılır.
Sədr dövlət orqanında vakant dövlət qulluğu vəzifəsinin müddətli əmək müqaviləsi bağlanılmaqla tutulması məsələsinə aydınlıq gətirib. Bildirib ki, xüsusi halda vakant vəzifə üzrə əmək funksiyasının icrası zərurətinin olduğu nəzərə alınaraq işin davam etməsi üçün həmin vəzifənin müsabiqə və müsahibə yolu ilə tutulması müddətinə kimi (əsasən 3 ay müddətinə) işçi ilə müddətli əmək müqaviləsi bağlamaq olar. “Bu şərtlə ki, həmin vəzifənin müsabiqə və ya müsahibə yolu ilə tutulması üçün dövlət orqanının rəhbəri qərar qəbul etsin və bu vəzifələr müvafiq elan verilməsi üçün Dövlət İmtahan Mərkəzinə təqdim edilsin. Bəzən elə hallar olur ki, dövlət orqanında müqavilə əsasında çalışan şəxs hesab edir ki, o artıq dövlət qulluqçusudur. Lakin əslində həmin şəxs belə statusa malik olmamasından xəbərsiz qalır. Artıq bu vətəndaşlar, eləcə də dövlət orqanlarında çalışan digər şəxslər “dövlət qulluqçularının reyestri” xidmətində özləri haqqında konkret məlumatlarla tanış ola biləcəklər”, - deyə M.Abbaszadə bildirib.
Daha sonra Avropa İttifaqının litvalı tərəfdaşlarla birgə həyata keçirilən “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı yeni Tvinninq layihəsi çərçivəsində görülmüş işlər barədə məlumat verilib. Qeyd olunub ki, litvalı ekspertlər DİM-in əməkdaşları ilə layihənin komponentləri üzrə birgə fəaliyyət göstərir və dövlət qulluqçuları üçün mütəmadi seminarlar təşkil edir. İl ərzində keçirilmiş 6 seminar və 3 təlimə 250 nəfər dövlət qulluqçusu cəlb edilib.
İclasda digər cari məsələlər də müzakirə olunub.
Himət Əliyev