İzmirdə hoteldəki yanğında iki qadın özünü aşağı atıb - Video

İzmirdə hoteldəki yanğında iki qadın özünü aşağı atıb - Video Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin İzmir şəhərində “Alican” adlı hoteldə yanğın hadisəsi baş verib.
Yanğın yerindən çəkilən görüntülərdə 2 qadının özünü aşağı atdığı lentə alınıb.
5-ci mərtəbədə Suriyalı əsilli 2 qadın köməksiz vəziyyətdə qalıb. Yanğınsöndürənlərin yetişməsini gözləyə bilməyən hər iki şəxs özlərini aşağı atıblar. Onlardan birini aşağıdakı vətəndaşlar göydə tutub. Digəri isə avtomobilin üstünə düşüb. Qadınlardan birinin ayaqları, digərinin isə qabırğası qırılıb. Xoşbəxtlikdən ölüm olmayıb.
Binanın arxa hissəsində köməksiz qalan daha 2 qadın isə xilasedicilərin köməkliyi ilə xüsusi avadanlıqla aşağı endiriliblər.
Məlumata görə, yanğın suriyalı qadınların qaldığı otaqda uzun müddət enerji yığmaqda saxlanılan telefonun partlaması səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.

[media=https://bax.tv/video/17324.html]

Tehsil-press.az

Oxşar xəbərlər