Rusiyada yanğından xilas olmaq üçün ailə uşaqları ilə birgə özünü beşinci mərtəbədən atıb.
Tehsil-press.az xəbər verir ki, Vladimir vilayətinin Strunino şəhərində yaşayış binalarının birində yanğın baş verib. Yanğın 4-cü mərtəbədə qeydə alınıb. Hadisədən xilas olmaq üçün isə beşinci mərtəbədə yaşayan bir ailə balaca uşaqları ilə birgə özünü aşağı atmaq qərarına gəlib.
Qonşular və yoldan keçənlərin dərhal reaksiya verməsi ailəni böyük bir faciədən xilas edib. Onlar ailənin eyvana çıxdığını gördükdən sonra dərhal mələfələr gətiriblər. Valideynlər ilk olaraq aşağı 11 aylıq oğlunu, onun ardınca balaca qızını atıblar.
Sonra ana və ata da özlərini aşağı atıblar. Ailə üzvlərindən təkcə ata xəsarət alıb. O, asfalta dəydiyi üçün sınıq xəsarəti alıb. Yaralını dərhal xəstəxanaya aparıblar. Onun həyatı üçün hazırda təhlükə yoxdur.
Tehsil-press.az