“Böyük Britaniya yeni “soyuq müharibə” istəmir”.
Bunun Britaniyanın XİN rəhbəri Boris Conson bildirib.
“Mən dəqiq demək istəyirəm ki: Biz yeni “soyuq müharibə” istəmirik, bu olduqca kədərli vaxtlar idi... Mən ölkəmizin nüvə zərbəsinin məhv edilə biləcəyi həyəcan içində böyümüşəm... Düşünmürəm ki, biz mövcudluq təhlükəsi qarşısında dururuq, amma bununla belə, bu təhlükədir”,- deyə nazir vurğulayıb.
Qeyd edək i, tərəflər arasında münasibət Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş generalı Sergey Skripalla qızının İngiltərədə zəhərlənməsindən sonra gərginləşib.
Skripal 2004-cü ildə Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib və dövlətə xəyanətdə ittiham edilərək haqqında 13 il həbs qərarı çıxarılıb, bütün rütbə və mükafatları əlindən alınıb. 2010-cu ildə isə ABŞ tutduğu 10 rus cəsusu ilə dəyişdirilib. Elə həmin ildən Böyük Britaniyada sadə həyat sürüb. Zəhərlənən ata ilə qızın vəziyyəti isə hazırda ağır olraq qalır.
Tehsil-press.az