Nüvə faciəsinin təhlükəsini göstərən Qiyamət günü simvolik saatı (Doomstay Clock) 30 saniyə irəli çəklib.
Publika.az xəbər verir ki, bu haqda “Bulletin of Atomic Scientists” nəşrinin icraçı direktoru Reyçel Bronson bildirib.
“Əsas nüvə oyunçuları yeni qızğın silahlanmanın başlanğıcındadırlar”, - məlumat mətnində deyilir.
İndi Qiyamət gününün saatının oxları 23:58-i göstərir.
“Doomstay Clock” elm adamları tərəfindən hazırlanmış və gecə yarısı olduğu anda qiyamətə səbəb ola biləcək fəlakəti göstərən simvolik bir quruluşdur. Çikaqoda mövcud olan “Bulletin of the Atomic Scientists” tərəfindən idarə edilən bu saat Amerika və Rusiya arasında “soyuq müharibənin mövcud olduğu vaxtlarda və nüvə təhdidlərinin baş verdiyi məqamlarda gecə yarısına 2 dəqiqə qalaraq sazlanmışdı. Sonralar Amerika və Rusiya arasında münasibətlər mülayimləşəndə saat 23:43 olaraq geri alınmışdı.
Lakin, belə görünür ki, bəşəriyyət hazırda nüvə faciəsinə “soyuq müharibə” dövründə olduğu qədər yaxın qiymətləndirilir.
Təbii ki, bu saat simvolik xarakter daşıyır, lakin bu ona əsas vermir ki, təhlükəyə ciddi yanaşmayaq.
Tehsil-press.az