2018-ci ilin fevral ayında "Azexport" portalı 37,6 milyon dollar həcmində Azərbaycan məhsulunun tədarükü ilə bağlı sifarişlər alıb.
Tehsil-press.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiyalar Mərkəzinin hesabatına istinadən məlumat verir.
Ümumilikdə portalın işə düşdüyü 2017-ci ilin yanvarından 2018-ci ilin fevralın 28-dək 81 ölkədən 594,1 milyon dollar dəyərində sifariş qəbul olunub.
Bu ilin ilk iki ayı ərzində sifarişlərin həcminə görə Rusiya liderlik edir. Bütün sifarişlərin 17,8 faizi bu ölkənin payına düşür. Sifarişlərin həcminə görə ölkələr arasında ilk beşlikdə həmçinin ABŞ (7,9 faiz), Türkiyə (5,9 faiz), Ukrayna (5 faiz) və İran (5 faiz) qərarlaşıb.
Fevral ayında ən çox sifariş şərab, təmizlənmiş fındıq, çay, xurma, alma, nar şirəsi, çiyələk, ipək xalça, biyan kökü və zəfəran üçün qəbul olunub.
Tehsil-press.az