Azərbaycandan meyvə-tərəvəz məhsullarının ixracı 35 faizə yaxın artıb.
Nazir müavini bildirib ki, 2016-cı ildə Azərbaycandan meyvə-tərəvəz məhsullarının ixracının həcmi 372,8 milyon ABŞ dolları, 2017-ci ilin 11 ayında isə 452,7 milyon dollar olub: "Meyvə-tərəvəz məhsulları əsasən Rusiya, İtaliya, Almaniya, Ukrayna, Qazaxıstan, Polşa, Gürcüstan və digər ölkələrə ixrac edilir. Ümumilikdə 2017-ci ilin 11 ayı ərzində 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə ölkənin qeyri-neft ixracı 24,1 faiz artaraq 1,39 milyard dollar təşkil edib. Bundan əlavə, sənaye məhsullarının ixracı 20,5 faiz artaraq 729,8 milyon dollar, kənd təsərrüfatı və emalı məhsulları isə 28,3 faiz artaraq 656,9 milyon dollar olub. Həmin dövr ərzində 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə meyvə-tərəvəz məhsullarının ixracı 34,6 faiz artıb və 452,7 milyon dollar olub".
S.Babayev Azərbaycandan ixrac edilən əsas meyvə-tərəvəz məhsullarına qabığı təmizlənmiş meşə fındığı, pomidor, xurma, alma, albalı, gilas, kartof, xiyar, soğan, şaftalı, nar, təzə üzüm və s. misal göstərib. O əlavə edib ki, ixrac olunan məhsulların çeşidinin artırılması istiqamətində mütəmadi olaraq işlər aparılır: "Məlum olduğu kimi, ölkəmizin, demək olar, bütün rayonlarında iqlim şəraitindən asılı olaraq geniş çeşiddə meyvə-tərəvəz məhsulları yetişdirilir. Yetişdirilən bu məhsulların bir hissəsi daxili bazarda istehlak edilir. Bütün regionlarımızda yetişdirilən bu məhsulların qalan hissəsi müxtəlif xarici ölkələrə ixrac edilir. Belə ki, tərəvəzlər əsasən Şəmkir, Xaçmaz, Lənkəran, Biləsuvar, Masallı, Abşeron, meyvələr isə Quba, Xaçmaz, Göyçay, Astara, Zaqatala və digər rayonlarda yetişdirilir".
Meyvə-tərəvəz ixracının çoxalması üçün ölkədə görülən tədbirlərə gəlincə, nazir müavini qeyd edib ki, Azərbaycanın qeyri-neft məhsulları üzrə ixrac imkanlarının genişləndirilməsi, yeni ixrac bazarlarının müəyyənləşdirilməsi daim diqqət mərkəzindədir:
"Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamlarına uyğun olaraq bir sıra kənd təsərrüfatı və emal məhsullarının (bal, xurma, nar, qovrulmuş fındıq kimi kənd təsərrüfatı məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş meyvə-tərəvəz, mürəbbə və cemlər, turşular, spirtli içkilər və şərab, mineral sular və şirələr, unlu qənnadı məmulatları, habelə dəri məmulatları, pambıq parçalar və xalçalar kimi digər məhsullar) ixracatçılarına dövlət büdcəsi hesabına 3-6 faiz həcmində ixrac təşviqi ödənilir. Həmçinin "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə beynəlxalq təcrübədə istifadə olunan ixracın stimullaşdırılması ilə bağlı müxtəlif mexanizmlər tətbiq edilir. Belə ki, dövlət büdcəsi vəsaiti hesabına 2017-ci ildə Almaniya, Əfqanıstan, Pakistan, Qətər, Qazaxıstan, Macarıstan, Çin, Rusiya, BƏƏ və Səudiyyə Ərəbistanına 10 ixrac missiyası həyata keçirilib, missiyalar çərçivəsində bir sıra məhsulların, о cümlədən meyvə-tərəvəz, şərab, meyvə şirələri, konservləşdirilmiş məhsullar, tikinti materialları, mebel və digər məhsulların ixracına dair ilkin razılaşmalar əldə olunub və müqavilələr bağlanılıb. Bundan əlavə, "Gulfood 2017" beynəlxalq ərzaq sərgisində, "Prowein 2017" beynəlxafq şərab sərgisində, "Worldfood Moscow" Beynəlxalq ərzaq sərgisində, "ANUGA" beynəlxalq ərzaq sərgisində və "Hong Kong International Wine & Spirits Fair" beynəlxalq şərab sərgisində yerli şirkətlərin vahid ölkə stendi altında iştirakı temin edilib. Sözügedən sərgilərdə BƏƏ, Səudiyyə Ərəbistanı, İspaniya, Misir, Əfqanıstan, Rusiya, Belarus, Litva və digər ölkələrə meyvə-tərəvəz, nar şirəsi, şərab məhsulları, fındıq, çay, bal və quru süd, vanil və qabartma tozu, qənnadı məhsulları, diri qoyun və ət məhsulları, eləcə də digər məhsulların ixracına dair müqavilələr imzalanıb, razılaşmalar əldə edilib. Həmçinin xarici ölkələrin ictimai yerlərində və xarici KİV-lərdə "Made in Azerbaijan" brendinin təbliği və digər dəstək tədbirləri təşkil olunur".
S.Babayevin sözlərinə görə, eyni zamanda, ölkədə istehsal olunan meyvə-tərəvəz məhsullarının xarici bazarlara ixracının asanlaşdırılması və idxal ölkəsinə güzəştli şərtlərlə daxil olmasını təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir: "Belə ki, 2017-ci ildə əldə edilmiş razılaşmaya əsasən Naxçıvan MR-də istehsal olunan məhsulların (əsasən kənd təsərrüfatı) ixracının asanlaşdırılması məqsədilə Türkiyə tərəfindən müvafıq qərar qəbul edilib və bir sıra məhsulların Türkiyəyə ixracı idxal gömrük rüsumundan azad edilib. Bununla yanaşı, Azərbaycanda istehsal olunan bir sıra kənd təsərrüfatı (əsasən meyvə-tərəvəz) məhsullarının Türkiyəyə güzəştli şərtlərlə ixracına imkan verən preferensial ticarət sazişi üzrə danışıqlar aparılır. Bu saziş imzalandıqdan və qüvvəyə mindikdən sonra bəzi meyvə-tərəvəz məhsulları Türkiyəyə güzəştli şərtlərlə ixrac olunacaq".
Tehsil-press.az