Təyyarədə ayaq üstə getmək mümkün olacaq

Təyyarədə ayaq üstə getmək mümkün olacaq Almaniyada keçirilmiş “Aircraft Interiors Expo” sərgisində təyyarədə ayaqüstü yerlərin prototipi təqdim olunub.
At yəhərini xatırladan “oturacaqlar” şaquli dayaqla təchiz olunub.
Bu cür yerlərdə sərnişinlər yumşaq dayağa söykənməklə ayaqüstü gedə biləcəklər.
İstehsalçıların fikrincə, bu layihə təyyarələrin sərnişin tutumunu 20 faizədək artıra bilər.
Bu yerlər qısa məsafələrə uçuşlar zamanı istifadə oluna bilər. Artıq Kolumbiyanın “VivaColombia” və İrlandiyanın “Ryanair” aviaşirkətləri bu məhsula maraq göstərdiyini açıqlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər