Gün ərzində kifayət qədər yuxu alıb-almadığınızı müşahidə edin. Arabir mürgü vurmağınız və ya qavrayışınızın sürətdən düşməsi narahatçılıq üçün əsas ola bilər.
Xoruldamağın yuxunuzun keyfiyyətinə mənfi təsir göstərir. Ekspertlərin fikrincə, artıq çəkidən xilas olmaq, yatış pozanızı dəyişmək, alkoqol və siqareti azaltmaq kimi dəyişikliklər yuxunun keyfiyyətinə yaxşı təsir edə bilər.
Yuxu nəfəsdaralması yuxuya getməyinizə maneçilik törədə bilər. Əslində bu halda yatmaq təhlükəlidir. Gecələr xoruldayırsınızsa, bu gündüzlər sizi yuxu tutması ilə təsirləndirə bilər.
Yuxuya getmək üçün sizə bir saat və daha artıq vaxt lazım gəlirsə…
Bu ondan xəbər verə bilər ki, siz normadan artıq yatırsınız və ya yuxusuzluq xəstəliyindən əzab çəkirsiniz.Milli Yuxu Fondu bildirir ki, yuxuya gedə bilməmək narahatlıq və streslə bağlı ola bilər.Yatmazdan əvvəl bir xeyli kafeinli içkilər qəbul etmisinizsə, yuxuya getməyiniz çətinləşəcək.
Yatağa nə vaxt girməli?
Səhər 7-də yuxudan gümrah qalxmağınız tələb olunursa, yatağa nə vaxt uzanmalısınız? Bunu mümkün qədər tez etmək o qədər də kömək etmir.
Bəziləri öz yuxu normalarını bilirlər və yatağa uzanmaq vaxtlarını da bununla hesablayırlar.Ekspertlər bildirirlər ki, əgər arada yuxudan oyanırsınızsa, bu, nə qədər yatmağınızdan asılı olmayaraq yorğunluq yarada bilər.
Ən yaxşısı yuxunun normal siklləri arasında oyanıb yatmaqdır. Normal yuxu sikli 90 dəqiqə çəkir. Yəni 90 dəqiqəni oyanmadan yatmasınız, səhər yorğun olacaqsınız.
Bu mənada, əgər yuxudan səhər 7-də oyanmalısınızsa, yatağa ya 9:46, ya da 11:16-da girməlisiniz.Bu xoşunuza gəlmirsə, gecə 12:46 və ya 2:16 da işə yarayar. Ekspertlərin fikrincə normal yuxuya getmək müddəti orta hesabla 14 dəqiqədir.
Neçə dəqiqəyə yuxuya getmək normaldır?
"The Mirror" yazır ki, havalar isindikcə gecələr yuxuya getmək çətinləşir.Amma yatağa girdikdən neçə dəqiqə sonra yuxuya getmək normal sayılır?Britaniya Milli Yuxu Fondunun yazdığına görə yorğanın altına uzanandan 10-20 dəqiqə sonra yuxuya dalmaq normaldır.
Əgər bundan tez və ya gec yuxuya gedirsinizsə, deməli orqanizminizin sizə "sözü var".Odur ki, yuxuya getməklə bağlı ciddi narahatçılığınız varsa, həkimə müraciət etməkdən çəkinməyin.
Təhsil-press.az