BMU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı keçirilir

BMU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı keçirilir Bakı Mühəndislik Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı öz işinə başlayıb. Konfrans iştirakçıları ilk öncə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, əklil və tər çiçək dəstələri düzüblər. Daha sonra gənc tədqiqatçılar görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını da ziyarət edib, hörmət və ehtiramlarını bildiriblər.
Azərbaycan Dövlət Himninin səsləndirilməsindən sonra konfransı açıq elan edən universitetin rektoru, professor Havar Məmmədov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinə və xalqına olan xidmətlərindən danışıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev həmişə gənclərin dünyagörüşlü, elmli yetişməsi üçün hər cür şərait yaradıb. Hələ sovet dövründə Azərbaycan gənclərini ittifaqın öndə gələn universitetlərində təhsil almaları üçün göndərirdi. Bu gün də Ulu Öndərin bu siyasəti Möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Gənc universitet olan Bakı Mühəndislik Universiteti bu il ikincisini təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransına yerli tədqiqatçılarla yanaşı Türkiyə, ABŞ, Almaniya, İngiltərə kimi onlarla xarici ölkədən 1320 material qəbul olunmuş bunlardan 700 konfransın tələblərinə uyğun olaraq seçilmiş və iki dildə çap olunmuşdur.
Konfransda iştirak edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov konfrans iştirakçılarını salamlayıb. Qeyd edib ki, Bakı Mühəndislik Universiteti Azərbaycanın ən güclü universitetlərindən biridir. BMU-nun gənc tədqiqatçıları və tələbələri beynəlxalq müsabiqələrdə həmişə uğur qazanır və Azərbaycanı layiqincə təmsil edirlər. Bu gün keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı da təşkilatçılıq və coğrafiya baxımından ölkəmizdə keçirilən yüksək səviyyəli konfranslardan biridir. Xarici ölkələrdən konfransa göndərilən materiallar və xarici gənc tədqiqatçıların konfransda iştirakı eyni zamanda konfrans materiallarının iki dildə çap olunması Ümummilli Lider Heydər Əliyevin adına layiq təşkil olunmasından və nüfuzundan xəbər verir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov konfransın işinə uğurlar arzulayaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycan elminə verdiyi töhvələrdən danışıb. Qeyd edib ki, gənc nəsil Ulu Öndərin xidmətlərini yüksək qiymətləndirir. Məhz bu gün onun əziz xatirəsinə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransında yerli gənc tədqiqatçılarımız xarici həmkarları ilə elmi fikir mübadiləsi aparacaqlar. Bu da alimlərimizin və ölkəmizin elminin inkişafına xidmət edir. Rektor qeyd edib ki, BMU Azərbaycanın gələcəyinə hesablanmış bir universitetdir. Bu gün keçirilən konfrans da öz təşkilatçılıq və qəbul olunmuş elmi materialları ilə bunu bir daha sübut edir.
İş dünyası ilə sıx əmədkaşlıq edən BMU –nun təşkil etdiyi konfransda ölkəmizin öndə gedən şirkətlərinin də nümayəndələri iştirak edir. İş dünyası adından konfransın işinə uğurlar arzulayan “Veysəloğlu” Şirkətlər qrupunun Biznesin İnkişafına Dəstək üzrə baş direktoru İlqar Nuri BMU-ilə iş dünyası əlaqələrinin yüksək səviyyədə qurulduğunu qeyd edib. Bildirib ki, təmsil etdiyi şirkət BMU məzunlarını işlə təmin etməkdə həmişə maraqlıdır. Universitet-iş dünyası əlaqələrinin inkişafına görə BMU rektoru Havar Məmmədova təşəkkürünü bildirib və gənc nəslin yetişməsində özəl sektor olaraq üzərlərinə düşən yardımı göstərməyə hazır olduqlarını bildirib.
Konfrans daha sonra plenar iclaslarla öz işini davam edib.

BMU-nun Mətbuat Xidməti


BMU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı keçirilirBMU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı keçirilirBMU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı keçirilirBMU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı keçirilirBMU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı keçirilirBMU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı keçirilir

Oxşar xəbərlər