Mayın 16-da Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümumilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Dəniz nəqliyyatının inkişafı” mövzusunda tələbə, magistr və gənc tədqiqatçıların elmi konfransının qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Akademiyanın rektoru Çingiz Əliyev hər bölmə üzrə I, II və III yer tutan tələbələri müvafiq diplomlarla təltif etdi. Birinci dərəcəli diplom alanlar həm də müvafiq fənlərdən imtahan qabağı 50 bala qədər mükafatlandırılacaqlar. Həmçinin ən yaxşı tezislər konfransın “Tezislər toplusunda” dərc olunacaq.
ADDA-nın Mətbuat Xidməti
ADDA-nın Mətbuat Xidməti