Azərbaycan Universitetində gənc tədqiqatçıların I Respublika elmi-praktik konfransı keçirilib. Bakıda və regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələri, elmi-tədqiqat institutları, müxtəlif dövlət qurumları və qeyri-hökumət təşkilatlarını təmsil edən magistrant, doktorant, dissertant və gənc tədqiqatçıları Azərbaycan Universitetində toplayan konfransda ikt və tətbiqləri, humanitar və sosial elmlər, iqtisadiyyat sahələrində əldə edilən elmi yeniliklər müzakirə olunub və fikir mübadiləsi aparılıb.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbiri giriş sözü ilə universitetin rektoru Səadət Əliyeva açıb. Rektor qeyd edib ki, ölkəmizdə gənclər siyasətinin prioritet istiqamətlərindən biri gənclərin hərtərəfli inkişafına əlverişli şərait yaradılmasıdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir.
Səadət Əliyeva bildirib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsində elmi mühitin və gənc tədqiqatçıların intellektual potensialının inkişaf etdirilməsi, onların elmi idrakın əsaslarına yiyələnmələri istiqamətində mühüm işlər görülür və beynəlxalq təcrübədən geniş istifadə olunur. Rektor deyib: “Bu günkü konfrans bu istiqamətdə atdığımız növbəti addımlardan biridir. Gənc mütəxəssislər, tədqiqatçılar gün ərzində əldə etdikləri elmi nailiyyətləri və təcrübələri paylaşacaq, qarşılaşdıqları problemləri təhlil və müzakirə edəcək, onların həlli üçün təkliflər irəli sürəcəklər”.
Tədbirin qonaqları Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Nəsimi rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsinin rəisi Elbrus Abdullayev, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza gənclərin elmə marağının artırılması və tədqiqat işlərinə cəlb olunmasının vacibliyini vurğulayıb, bu sahədə görülən işlərdən söz açıblar.
Konfransın plenar iclasında professorlar Qorxmaz Quliyev və Qabil Əliyevin, dosent Boran Əzizi məruzələri dinlənilib.
Açılış və plenar iclasın ardından konfrans işini ictimai elmlər, filologiya, iqtisadiyyat və ikt bölmələrində davam etdirib.
Tədbir bölmə sədrlərinin hesabat çıxışları ilə yekunlaşıb. Bağlanış mərasimində bölmələr üzrə ən yaxşı elmi tədqiqat işlərinin müəllifləri sertifikatla mükafatlandırılıb.
Konfransa 18 universitet və 5 elmi-tədqiqat institutunu təmsil edən 100-dən artıq məruzə qəbul olunub və materialları toplu şəklində çap olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi