Rusiyanın təhsil və elm nazirinin iştirakı ilə konfrans

Rusiyanın təhsil və elm nazirinin iştirakı ilə konfrans Noyabrın 28-də ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının təhsil və elm naziri xanım Olqa Vasilyeva Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Olqa Vasilyeva Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Daha sonra rusiyalı nazir Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələrinin Assosiasiyasının təşkilatçılığı ilə “Təhsil, elm və mədəniyyət sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyəti və perspektivləri” mövzusunda keçirilən konfransda iştirak edib.
Konfrans çərçivəsində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov və rusiyalı həmkarı Olqa Vasilyeva Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının yeni korpusunun açılışında video-konfrans rejimində iştirak edib və təbrik mesajlarını səsləndiriblər.
Sonda media nümayəndələri üçün brifinq keçirilib və iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın bügünkü vəziyyəti ilə bağlı suallar cavablandırılıb.


Oxşar xəbərlər