ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü hazırlayır

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü hazırlayır Ermənistan və Azərbaycan prezidentlərinin oktyabrın 16-da Cenevrədə keçirilən görüşü, onların Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində ATƏT-in Minsk qrupu ilə konstruktiv işə hazır olmaları müsbət işarədir. Tehsil-press.az-n erməni KİV-lərinə istinadən verdiyi məlumata əsasən, bunu ATƏT Minsk qrupunun amerikalı həmsədri Endryu Şeffer deyib.
O qeyd edib ki, hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü hazırlayırlar: "ABŞ tərəfləri atəşkəs rejiminə hörmət etməyə və danışıqları ən yüksək səviyyədə davam etdirməyə çağırır. Həmsədrlər yaxın həftələrdə gözlənilən görüşün tarixini aydınlaşdırmaq üçün Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə təmasdadırlar".
Onun sözlərinə görə, ABŞ həmsədr ölkə olaraq Minsk prosesinə sadiq olaraq qalır.

Tehsil-press.az


Oxşar xəbərlər