XİN: Azərbaycan Moskvada Minsk qrupunun həmsədrləri ilə aparılmış müzakirələrdən razıdır (YENİLƏNİB)

XİN: Azərbaycan Moskvada Minsk qrupunun həmsədrləri ilə aparılmış müzakirələrdən razıdır (YENİLƏNİB) Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Moskvada keçirdiyi görüş başa çatıb.
Bunu Tehsil-press.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, görüş konstruktiv və substantiv xarakter daşıyıb və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan bütün təkliflər üzrə konkret müzakirələr aparılıb. Azərbaycan tərəfi aparılmış müzakirələrdən razıdır:
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli və regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün Azərbaycan Respublikası substantiv, məntiqi və konkret danışıqları daim dəstəkləyir".
X X X
12:17
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş keçirir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter"dəki səhifəsində yazıb.
Görüşdə həmsədrlər Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endrü Şoferlə (ABŞ) yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edir.

Tehsil-press.az



Oxşar xəbərlər