Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlının ötən gün komitənin iclasında valideynlərin uşaq dünyaya gətirməklə bağlı fikri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. “Qafqazinfo” xəbər verir ki, istifadəçilər uşaq dünyaya gətirməyin birbaşa dövlətin marağına və xeyrinə səbəb olduğunu qeyd edirlər. Həmçinin dövlətin hər bir doğulan uşağa görə ailəyə yardım etməyə borclu olduğunu da vurğulayırlar.
Tehsil-press.az sözügedən müzakirələrlə bağlı A. Naxçıvanlı ilə əlaqə saxlayıb. Deputat bildirib ki, onun çıxışının sosial şəbəkəyə və başqa heç kimə aidiyyatı yoxdur: “Məsələ bağlandı. İclas komitəmizin qapalı iclası idi. Bununla bağlı növbəti tədbirimiz olacaq. İndi isə heç bir müsahibə verəsi deyiləm”.
Xatırladaq ki, xanım deputat çıxışında məsələyə belə yanaşmışdı: “Qadınlar komitəyə müraciət edirlər, dinləyəndə, görürsən ki, bunun savadı yoxdur. Deyirəm ki, ilk gündən döyülmüsənsə, söyülmüsənsə, niyə üç uşaq dünyaya gətirmisən? Deyir ki, uşaqları siz götürün saxlayın. Uşaqlara dövlətin baxmasını tələb edir. Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən?”.
Tehsil-press.az