ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla hələ də görüşməyə hazırdır.
Bunu Ağ Evin nümayəndəsi Sara Sanders bildirib.
S.Sanders deyib: "Prezident hazırlanıb və görüşə hazır olacaq. Hazırda biz hazırlıqları davam etdiririk. Bizim tərəfimizdən heç nə dəyişməyib. Əgər KXDR hələdə görüşmək istəyirsə ABŞ orada olacaq".
Nümayəndə həmçinin bildirib ki, Trampın Cənubi Koreya prezidenti Mun Çje İnlə görüşmək planları dəyişməyib - görüş gələn həftə KXDR ilə planlaşdırılmış sammit əvvəl baş tutacaq.
Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreya ilə mayın 16 keçiriləcək görüşdən imtina edib. Buna səbəb ABŞ və Cənubi Koreya hərbçilərinin aprelin 15-dən "Max Thunder" adlı birgə hərbi təlimləri olub.
Bundan əlavə, Şimali Koreya höküməti ABŞ-la keçiriləcək görüşdən də imtina etməklə hədələyib.
Tehsil-press.az