Donald Trampla Kim Çen In iyunda Sinqapurda görüşəcək

Donald Trampla Kim Çen In iyunda Sinqapurda görüşəcək ABŞ prezident Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla iyunda Sinqapurda görüşəcək.
Bunu Cənubi Koreya mətbuatı yazıb. Lakin rəsmi mənbələr hələlik bu məlumatı təsdiqləməyiblər.
Qeyd edək ki, ötən həftə D.Tramp bildirmişdi ki, Kim Çen Inla görüşün tarixi və yeri barədə yaxın günlərdə məlumat veriləcək. Xatırladaq ki, Şimali Koreya may ayında Punqeri nüvə sınağı poliqonunun bağlayacağına dair öhdılik götürüb. Cənubi Koreya prezidenti Mun Çje İnlə Kim Çen Inın görüşündən sonra Koreya yarımadasının tamamilə nüvəsizləşdirilməyə başlanacağı bəyan olunub.

Tehsil-press.az

Oxşar xəbərlər