İlham Əliyev Britaniya baş nazirinin Azərbaycan elçisi ilə görüşdü

İlham Əliyev Britaniya baş nazirinin Azərbaycan elçisi ilə görüşdü Azərbaycan Prezidenti İlham Əliyev bu gün Böyük Britaniyanın baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolsonu qəbul edib.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına son səfərini məmnunluqla xatırlayıb.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, BP və SOCAR şirkətləri arasında uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd edilib.
Baronessa Emma Nikolson Bakıda keçirilən Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi və 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin önəminə toxunaraq bu tədbirlərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə üst-üstə düşməsinin rəmzi xarakter daşıdığını vurğulayıb. Baronessa Emma Nikolson bu təbirləri əlamətdar hadisələr kimi dəyərləndirərək bu münasibətlə dövlət başçısına təbriklərini çatdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər