Hasilat Sənayesində Şəffaflıqla bağlı layihəyə başlanılıb

Hasilat Sənayesində Şəffaflıqla bağlı layihəyə başlanılıb “İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Hasilat Sənayesində Şəffaflıq hesabatlığının elektron hökumət sisteminə inteqrasiyası yollarının araşdırılması və müvafiq təkliflərin hazırlanması” layihəsini həyata keçirməyə başlayıb.
Layihənin əsas mahiyyəti HSŞ-lığın təmin olunmasına xidmət edən məlumatların elektron hökumət sisteminə inteqrasiyasını araşdırmaq və müvafiq təkliflər hazırlamaqdır. Müasir dövrümüzdə insanların informasiyaları daha rahat şəkildə əldə etmələri İKT-nin inkişafı sahəsində prioritet istiqamətlərdəndir. Mobil və veb tətbiqlər vətəndaşlar üçün lazımı məlumatları tez əldə etmə, bu istiqamətdə qərar vermə zamanlarını daha sürətləndirmək kimi imkanlar yaradır. Hazırda vətəndaşlar demək olar ki, HSŞ-yə aid məlumatarı yalnız jurnal və ya internet mediasından əldə edirlər. Təqdim olunan layihədə isə vətəndaşların bu məlumatları daha müasir formalarda əldə etmələrində olan problemlərin aradan qaldırılması istiqamətində araşdırmaların aparılması və təkliflərin hazırlanması nəzərdə tutulur.
Layihənin məqsəd və vəzifələrini “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”ndan irəli gələn tədbirlərin həyata keçirilməsinə, vətəndaşların HSŞ hesabatlılığına aid məlumatları asan formada əldə etmələr yardımçı olmaqdır.
Layihə 3 ay davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər