SOCAR son illər ərzində dəniz platformalarından 4,5 milyard kubmetr səmt qazının toplanmasını təmin edib.
Bunu SOCAR prezidenti Rövnəq Abdullayev Bakıda Dünya Bankının səmt qazının yandırılmasının azaldılması üzrə Qlobal tərəfdaşlıq təşkilatının (GGFR) rəhbər komitəsinin iclası zamanı deyib.
Onun sözlərinə görə, bu gün bəşəriyyət bir sıra qlobal xarakterli problemlərlə üzləşib və onlardan biri də ətraf mühitin mühafizəsi ilə əlaqəlidir.
R.Abdullayev deyib: "Ekoloji problemlər bir ölkənin sərhədləri daxilində olmur, bütün Yer kürəsini əhatə edir. Bu səbəbdən SOCAR beynəlxalq təşkilatlarla aktiv əməkdaşlıq edir. Səmt qazının yandırılması yalnız ekoloji baxımdan impuls vermir, həm də ölkə iqtisadiyyatı üçün qiymətli resursu qorumağa, sabitliyi təmin etməyə imkan verir".
SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rafiq Hüseynzadə bildirib ki, təşəbbüslər çərçivəsində hər il dəniz yataqlarından təxminən milyard kubmetr qaz yığılaraq qaznəqledici sistemə ötürülür.
O qeyd edib: "Nef daşları" yatağından təxminən 200 milyon kubmetr, "Günəşli" yatağından 310 milyon kubmetr, "Çıraq" yatağından isə 350 milyon kubmetr qaz yığılır".
Tehsil-press.az