Bir ildə 20 milyon ton neft ixrac olunub

Bir ildə 20 milyon ton neft ixrac olunub SOCAR 2017-ci ildə qazma işlərin həcmini artırmaqla, neft və təbii qaz hasilatını stabilləşdirib. İl ərzində SOCAR tərəfindən 138 min metr qazma işi həyata keçirilib ki, bu da əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 30,7% çoxdur.
Şirkətin yaydığı hesabat açıqlamasında bildirilir ki, bu sahədə görülmüş işlərin 93 %-i istismara, 7 %-i kəşfiyyata aid olub. Ümumiyyətlə, ötən il 81 quyuda qazma işləri uğurla başa çatdırılaraq, mədənçilərə təhvil verilib. 2017-ci ildə SOCAR üzrə hasilat 7,4 milyon ton neft, 6,1 milyard kubmetr qaz təşkil edərək, əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 1,4% və 3,3 % nisbətində cüzi dəyişib. Ümumiyyətlə, 2017-ci ildə respublika üzrə 38,7 milyon ton neft və 28,6 milyard kubmetr təbii qaz hasil olunub.
SOCAR üzrə 2017-ci ildə xam neftin ixracı 20,7 milyon ton təşkil edib. Ümumi gəlirlərin artımında neft və neft-kimya məhsulları mühüm yer tutur. 2017-ci ildə SOCAR üzrə Azərbaycandan 1,5 milyon ton neft emalı və neft-kimya məhsulu ixrac edilib. İxrac olunan emal və kimya sənayesi məhsullarının əsas həcmi dizel və təyyarə yanacaqları, yüksək təzyiqli polietilen, koks, propilen, maye qaz və maye piroliz qətranı kimi maddələrin payına düşür.

Təhsil-press.az

Oxşar xəbərlər