Azərbaycanda yaşı 15-dən yuxarı olan kişilərin 36 faizi siqaret çəkir. Bundan əlavə, kişilərin 77 faizi ictimai yerlərdə, 41 faizi evdə tütün tüstüsünün təsirinə məruz qalır. Bu barədə təhsil-press.az-a Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən (İSİM) məlumat veriblər.
Azərbaycanda yeniyetmələr arasında siqaretçəkmə üzrə 2011 və 2016-cı illərin müqayisəli statistikası da təqdim edilib. Məsələn, 2011-ci ildə 13-15 yaşlı yeniyetmələrin 10,6 faizi (əsasən kişi cinsindən olanlar), heç olmazsa, bir dəfə siqaret çəkməyi sınayıbsa, 2016-cı ildə bu rəqəm 10,3 faiz təşkil edib. Onların 32,6 faizi (2011-ci ildə 36,6 faizi) siqareti 10 yaşına qədər sınayıb. Yeniyetmələrin 28,8 faizi (2011-ci ildə 27,1 faizi) evdə, 40,8 faizi (2011-ci ildə 27,3 faizi) qapalı ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalır.
Siqaret çəkən yeniyetmələrin 64,8 faizi (2011-ci ildə 59,1) siqareti mağazalardan alır, siqaret çəkməyən yeniyetmələrin 8 faizinin (2011-ci ildə 8,7 faizi) bu zərərli vərdişə gələn il yiyələnmək ehtimalı var. Yeniyetmələrin 32,5 faizi hesab edir ki, siqaret vitrinləri siqaretçəkməni təbliğ edir.
Bundan əlavə, yeniyetmələrin 19 faizi (2011-ci ildə 18,7 faizi) hesab edir ki, siqaret çəkənlərin daha çox dostu olur, 29,2 faizi (2011-ci ildə 19,1 faizi) isə düşünür ki, siqaret çəkənlər daha cəlbedici görünürlər.
Təhsil-press.az